“İçəri Şəhər” Hindistanda

“İçəri Şəhər” Hindistanda
1460 dəfə oxunub
  • A-
  • A
  • A+

“İçəri Şəhər” bədii filminin Hindistanın 21-ci Kerala Beynəlxalq Film Festivalının “Dünya kinosu” proqramında nümayişi baş tutub.

Mədəniyyət və Turizm Nazirliyindən Axşam.az-a verilən məlumata görə, festival 9-16 dekabr tarixlərində Keralada keçirilib.

Film Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyinin sifarişi ilə Cəfər Cabbarlı adına “Azərbaycanfilm” kinostudiyasında lentə alınıb.

“İçəri Şəhər” filmi həmçinin Misirin 38-ci Qahirə Beynəlxalq Film Festivalı, 47-ci Hindistan Beynəlxalq Film Festivalı (Qoa) və 20-ci Tallin “Qaranlıq gecələr” Film Festivalında nümayiş olunub. Təhminə Rafaella filmdəki ifasına görə Türkiyənin 5-ci “Van gölü” Beynəlxalq Film Festivalının “Ən yaxşı aktrisa” mükafatına layiq görülüb.

Psixoloji dram janrında lentə alınan filmin ideya müəllifi Təhminə Rafaella, ssenari müəllifləri Təhminə Rafaella və İlqar Safat, quruluşçu rejissoru İlqar Safat, quruluşçu operatoru Luka Koassin, quruluşçu rəssamı Bütünay Haqverdiyev, icraçı prodüseri Ülvi Qasımov, prodüseri Müşfiq Hətəmovdur.

Filmdə baş rolları Təhminə Rafaella, Firdovsi Atakişiyev, Mehriban Zəki, Elmira Şabanova və digərləri canlandırırlar.