İçərişəhərdəki muzeylərə gələn turistlərin sayı artır

İçərişəhərdəki muzeylərə gələn turistlərin sayı artır
532 dəfə oxunub
  • A-
  • A
  • A+
Turistlərin İçərişəhərə cəlb olunması və onlara beynəlxalq standartlara cavab verən xidmətlərin göstərilməsi məsələləri “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinin diqqət mərkəzindədir.

İdarədən AzərTAc-a bildiriblər ki, görülmüş işlər nəticəsində ötən il İçərişəhərdə yerləşən muzeylərə gələn ziyarətçilərin sayı 187 min 229 nəfərə çatıb.

Bundan əlavə, ümumi sayı 2861 nəfərə çatan 232 xarici rəsmi nümayəndə heyəti qəbul edilərək onların ərazidəki tarixi-memarlıq abidələri və digər maddi irsimizin nümunələri ilə tanışlığı təmin olunub.