Bakıda “Anadolu rəngləri” olacaq

Bakıda “Anadolu rəngləri” olacaq
840 dəfə oxunub
  • A-
  • A
  • A+
Türkiyənin Mədəniyyət və Turizm Nazirliyinin təşkilatçılığı ilə Bakıda “Anadolu rəngləri” adlı konsert keçiriləcək. 

Axşam.az-ın məlumatına görə, tədbir dekabrın 23-də Heydər Əliyev Sarayında baş tutacaq.  

Gecədə İstanbul Tarixi Türk Musiqi Cəmiyyəti, Mehtər Qrupu, Dövlət Xalq Rəqsləri Cəmiyyəti, Ankara Türk Dünyası Musiqi Cəmiyyəti, Konya Türk Təsəvvüf Musiqisi Cəmiyyəti, Şanlıurfa və Sivas Türk Xalq Musiqisi Xor Ansamblı ilə Ankara, İstanbul və İzmir Klassik Türk Musiqisi Xor Ansamblından olan sənətçilər çıxış edəcəklər.