“Gözlə məni” Rusiya səhnəsində

“Gözlə məni” Rusiya səhnəsində
249 dəfə oxunub
  • A-
  • A
  • A+

Dövlət Gənc Tamaşaçılar Teatrının baş rejissoru Bəhram Osmanov ötən gün Kalmıkiyadan qayıdıb.

Axşam.az-ın məlumatına görə, rejissor cari ilin noyabrında hazırlıqlarına start verilən yeni tamaşanı geniş ictimaiyyətə təqdim edərək, iki mükafata layiq görülüb. 

Kalmıkiyalı yazıçısı Sandji Balıkovun "Zalamca" povestinin motivləri əsasında əməkdar incəsənət xadimi, yazıçı-dramaturq Əli Əmirli tərəfindən qələmə alınan pyes əsasında hazırlanan tamaşa “Gözlə məni” (“Дождись меня”) adlanır. Səhnə əsərinin quruluşçu rejissoru Bəhram Osmanov, bəstəkarı Kalmılkiya Respublikasının əməkdar incəsənət xadimi Arkadi Mandjiyev, rəssamı Yelena Varovadır.

Tamaşada əməkdar artist Vyaçeslav Xurqunov, Tamara Paltınova, Sandji Pursyakov, Marina Kikeyeva, Badma Püryeyev, Tatyana Zarayeva, aktyorlar Elza Bembeyeva, Yuliya Mudjiyeva, Baira Mandjiyeva, Oçir Erdneyev, Erencer Aveşkiyev, Burça Orqadıkov iştirak ediblər. 

Tamaşaya görə B.Osmanov iki medalla təltif olunub. “Kalmıkiya kazaklarının 25 illik yubileyi” və “Qallipoli” medalları 1992-ci ildə yaradılmış və qərargahı Moskvada olan ictimai təşkilat - Andrey Pervozvannıy adına Fond tərəfindən təqdim edilib.