Xocalı faciəsi Türkiyədə səhnədə

Xocalı faciəsi Türkiyədə səhnədə
357 dəfə oxunub
  • A-
  • A
  • A+
Azrəbaycan Dövlət Musiqili Teatrının aktyoru Elçin İmanovun rejissoru olduğu Aygün Həsənoğlunun “Adsız qadın” mono-tamaşasının Türkiyədə premyerası keçirilib.

Dövlət Musiqili Teatrının Mətbuat katibi Samir Sədaqətoğlu Axşam.az-a bildirib ki, Xocalı qətliamından bəhs edən səhnə əsəri İstanbul Azərbaycan Kültür Evinin təşkilatçılığı ilə Üsküdar Kərəm Yılmazər Səhnəsində nümayiş olunub.

Mono-tamaşanın ifaçısı aktrisa Kəmalə Kamilqızı olub. Tamaşada Azərbaycan və türk musiqilərindən istifadə olunub. Əməkdar incəsənət xadimi Əliqismət Lalayev İstanbul Azərbaycan Kültür Evinin dəvəti ilə “Adsız qadın” mono-tamaşasının premyerasında iştirak edib.

İstanbul Azərbaycan Kültür Evi Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın təşəbbüsü ilə həyata keçirdiyi “Xocalıya ədalət!” beynəlxalq kampaniyası çərçivəsində bu tamaşa Türkiyənin ayrı-ayrı bölgələrində nümayiş etdiriləcək.