"Rusiyaya nifrət edirəm" - məşhur model

"Rusiyaya nifrət edirəm" - məşhur model
8674 dəfə oxunub
  • A-
  • A
  • A+

Rusiyalı məşhur tennisçi Yevgeni Kafelnikovun model qızı Alesya Kafelnikova vətəni ilə bağlı açıqlama verib.

Axşam.az-ın xarici KİV-ə istinadən məlumatına görə, 18 yaşlı qız Rusiyaya nifrət ediyini bildirib. Buna səbəb kimi isə o, həmvətənlərinin onun barəsində qeybət etməsini göstərib.

"Vətənimdə mənə qərəzli münasibət var. Mən son vaxtlar özümü vətənimdə narahat hiss edirəm. Rusiyanı sevmirəm. Yalnız Rusiyada insanları istifadə edirlər. Bu dəhşətdir. Mən başqa ölkədə karyera qururam, onlar da mənimlə fəxr etməlidirlər", - deyə model bildirib.

Qeyd edək ki, Alesya hazırda İngiltərənin paytaxtı Londonda model işləyir. Qeyd edək ki, məşhur tennisçinin qızı bir müddət əvvəl soyunması ilə gündəmə gəlib. O, Britaniyanın “Exhibition Magazine” jurnalı üçün çəkilişdə çılpaq sinəsini nümayiş etdirib.