Zakir Bağırovun yubiley gecəsi keçiriləcək

Zakir Bağırovun yubiley gecəsi keçiriləcək
248 dəfə oxunub
  • A-
  • A
  • A+

Bəstəkar Zakir Bağırovun 100 illiyinə həsr olunmuş yubiley gecəsi keçiriləcək.

Axşam.az-ın məlumatına görə, əməkdar incəsənət xadimi Z.Bağırov musiqinin müxtəlif janrlarına müraciət edib, bir sıra musiqi əsərləri yazıb. O, opera, musiqili komediya, uşaq baleti, fortepiano, tar, kamança ilə simfonik orkestr üçün konsertlər, xalq çalğı alətləri orkestri üçün süitalar, kamera-instrumental əsərlər, mahnı və romanslar, dram tamaşalarına yazılmış musiqinin müəllifidir.

Z.Bağırov həmçinin “Azərbaycan xalq rəqsləri” məcmuəsinin müəlliflərindən biridir.

Bəstəkarın yubileyi dekabrın 23-də, saat 19.00-da Azərbaycan Dövlət Filarmoniyasında baş tutacaq.