"Ənənələrdən müasirliyədək" adlı moda nümayişi keçirilib - fotolar

"Ənənələrdən müasirliyədək" adlı moda nümayişi keçirilib -  fotolar
457 dəfə oxunub
  • A-
  • A
  • A+

Bakıda "Ənənələrdən müasirliyədək" adlı türk qadın geyimlərindən ibarət moda nümayişi keçirilib.

Axşam.az-ın məlumatına görə, Yunus Əmrə İnstitutu, Ankara Olqunlaşma İnstitutu, Gülnarə Xəlilovanın Moda Evi və Qazaxıstanın Qadın Moda Agentliyinin təşkil etdiyi gecədə bir çox tanınmış iştirak edib. Bakı Yunus Əmrə İnstitutunun rəhbəri İbrahim Yıldırım və millət vəkili Qənirə Paşayeva gecənin qonaqları arasında olub.

Gecədə Azərbaycanın, Qazaxıstanın, Türkiyənin və Qırğızıstanın taninmiş dizaynerlərin kolleksiyaları nümayiş olunub. Dəfilə modelyer Gülnarə Xəlilovanın milli geyimlərdən ibarət kolleksiyası ilə açılıb.

Tədbirin aparıcısılı Hüsniyə Məhərrəmovaya həvalə olunub. Dəfilənin sonunda G.Xəlilovanın "Xalçaların dili" adlı kolleksiyası nümayiş edilib. Modelyer özü də model kimi podiuma çıxıb.