Multikulturalizmə həsr olunmuş konsert keçirilib - fotolar

Multikulturalizmə həsr olunmuş konsert keçirilib -  fotolar
323 dəfə oxunub
  • A-
  • A
  • A+
Bakı Şəhər Mədəniyyət və Turizm Baş İdarəsinin təşkilatçılığı ilə Nizami Kino Mərkəzində 2016-cı il “Multikulturalizm ili”nə həsr olunmuş konsert keçirilib.

Axşam.az xəbər verir ki, tədbirdə Bakı Şəhər Mədəniyyət və Turizm Baş İdarəsinin əməkdaşları, Dağ Yəhudiləri İcmasının sədri Melix Yevdayev, Alban-Udi Xrsitian İcmasının sədri Robert Mobil və digər qonaqlar iştirak ediblər.
 
Vaqif Mustafazadə adına 2 nömrəli uşaq incəsənət məktəbinin “Aysel” rəqs kollektivinin ifasında “Sarı gəlin”, “Dənizçi”, “Qarabağ”, “Qaraçı”, “Arzular” və dünya xalqlarının rəqsləri  nümayiş olunub.