Milli İncəsənət Muzeyində Yeni il aksiyası

Milli İncəsənət Muzeyində Yeni il aksiyası
361 dəfə oxunub
  • A-
  • A
  • A+
Azərbaycan Milli İncəsənət Muzeyi Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni il münasibətilə aksiyaya başlayır.

Muzeyin mətbuat xidmətindən Axşam.az-a verilən məlumata görə, yanvarın 3-də və 4-də hər kəs üçün muzeyə giriş 1 AZN olacaq.

Ziyarətçilər həmin günlərdə həm muzeyin zəngin stosianar ekspozisiyası, həm də “Fransa incəsənəti Azərbaycan Milli İncəsənət Muzeyinin kolleksiyasından” adlı  sərgi ilə tanış ola biləcəklər.