Hökumət bunları 2,4 milyard dollara aldı - fotolar

Hökumət bunları 2,4 milyard dollara aldı - fotolar
4375 dəfə oxunub
  • A-
  • A
  • A+

Leonardo da Vinçinin "Xanım sincab ilə" əsərinin də yer aldığı 68 sənət nümunəsindən ibarət kolleksiya Polşa dövlətinə satılıb.

Axşam.az xarici KİV-ə istinadən xəbər verir ki, Polşa prezidentinin köməkçisi və mədəniyyət naziri Pyotr Qlinski ilə kolleksiyanın sahibi Adam Karol Çartorski arasında müqavilə imzalanıb.

Müqavilə əsasında təxminən 250 min əlyazmanın da daxil olduğu kolleksiya dəyərindən qat-qat aşağı qiymətə, 2,4 milyard dollara dövlət tərəfindən alınıb.

Çartorski hökumətin təklif etdiyi pula razılaşaraq dövlətə dəyərli bir hədiyyə bağışladığını və bunun öz qərarı olduğunu bildirib.