“Dərs” filmi Dəkkə Beynəlxalq film festivalına dəvət alıb

“Dərs” filmi Dəkkə Beynəlxalq film festivalına dəvət alıb
597 dəfə oxunub
  • A-
  • A
  • A+

Rafiq Əliyevin və Cavid Təvəkkülün “Dərs” bədii filmi 15-ci Dəkkə Beynəlxalq film festivalının “Uşaq filmləri” bölümünə dəvət alıb.

Cəfər Cabbarlı adına “Azərbaycanfilm” kinostudiyasından Axşam.az-a bildirilib ki, festival yanvarın 12-dən 20-dək Banqladeşin paytaxtı Dəkkədə keçiriləcək.

“Dərs” tammetrajlı bədii filmi Mədəniyyət və Turizm Nazirliyinin dəstəyi ilə “Azərbaycanfilm” kinostudiyasında lentə alınıb. Filmin ssenari müəllifləri Elza Ağayeva və Anastasiya Volkova, quruluşçu operatoru Rauf Qurbanəliyevdir. Ekran əsərinin quruluşçu rəssamı Fikrət Ələkbərov, bəstəkarı Tünzalə Ağayeva, icraçı prodüseri Vüsal Abbasov, prodüseri Müşfiq Hətəmovdur.

Filmdə baş rolları Tamerlan Ağayev, Aliyə Əliyeva, Rəşid Əliyev, Ayna Zərbəliyeva, Nazim İbrahimov, Mənsurə Əhmədova və digərləri canlandırıblar.