Həbs olunan modelyer gey imiş - ilginc fotolar

Həbs olunan modelyer gey imiş - ilginc fotolar
34094 dəfə oxunub
  • A-
  • A
  • A+

Atatürk Hava limanında saxlanılan və sərnişinlər tərəfindən döyülən modelyer Barbaros Şansal ifadə verib.

Axşam.az-ın Türkiyə mətbuatına istinadən məlumatına görə, polis bölməsində Şansala sosial şəbəkədə paylaşdığı mesajları ilə bağlı suallar verilib. Onun verdiyi cavablar isə hər kəsi təəccübləndirib.

Belə ki, Barbaros videonun montaj və təhrif edildiyini deyib. Polisə ifadə verdikdən sonra Şansalın Türk Cəza Qanununun 216-ci maddəsi əsasında "Xalqı kin və düşmənçiliyə təhrik və ya təhqir" ittihamı ilə  ədliyyəyə sövq edilməsi gözlənilir.

Modelyerin vəkili Efkan Bolaç stilistin məruz qaldığı hücumdan sonra səhhətinin yaxşı olduğunu, lakin belində, qasıq və böyrək nahiyəsində zədələr, eləcə də, əllərində və bədənində kəsiklər olduğunu bildirib.

Mövzu hələ də türk mediası üçün diqqət mərkəzindədir. Belə ki, bir sıra saytlar Barbaros Şansalın homoseksual olması haqda məlumat dərc edib və onun şəkillərini gündəmə gətiriblər.

Qeyd edək ki, Barbaros cinsi azlıq olmasını gizlətmir. Stilist tez-tez LGBT haqlarını müdafiə edir.