Türkiyənin keçmiş futbolçusu Rüştü Reçber və xanımı İşıl Reçberə maraqlı təklif gəlib.

Axşam.az-ın “Posta”ya istinadən məlumatına görə, cütlük evinin qapısını "Hello" dərgisi üçün açdıqdan sonra məşhurların evi film sənayesində çalışanların diqqətini çəkib.

Belə ki, Rüştü və İşılın Beykoz səmtində olan villalarında film çəkmək üçün onlara müraciət olunub. Bunun üçün cütlüyə ayda 40 min lirə (təxminən 20 min manat) təklif olunub. Lakin onlar təklifi rədd ediblər.

Qeyd edək ki, məşhur cütlüyün Beykozdakı 4 mərtəbəli villasının ümumi sahəsi 900 kvadrat metrdir. "Qızıl qəfəsimiz" adlandırdırılan 4 mərtəbəli ev daha çox ağ-qara rənglərdədir.