Hamilə İrina Şeykin toy tarixi bəlli oldu

Hamilə İrina Şeykin toy tarixi bəlli oldu
6821 dəfə oxunub
  • A-
  • A
  • A+

Xəbər verdiyimiz kimi, model İrina Şeyk ailə qurmağa hazırlaşır.

Axşam.az-ın xarici KİV-ə istinadən məlumatına görə, model sevgilisi, körpəsinin atası, aktyor Bredli Kuperilə toylarını avqustda etmək fikrindədirlər.
 
Qərb mediası yazır ki, cütlüyün avqustdan tez evlənməməsinin səbəbi İrinanın hamilə olmasıdır. Avqustda isə artıq onların uşaqları bir neçə aylıq olacaq. Belə ki, uşağın mayda doğulacağı bildirilir.

Hazırda model 41 yaşlı aktyorun anası ilə birgə yaşayır. Bredli və anası İrina ilə yaxından maraqlanırlar və onunla birgə gəzintiyə çıxırlar.

Yaxınları bildirir ki, İrina özünü yaxşı hiss edir və artıq uşağının cinsiyyətini də bilir. İ.Şeyk çəkisini qorumaq üçün idmanla məşğul olur, yeməyinə xüsusi diqqət edir.