"Titanik"in batmasının yeni səbəbləri ortaya çıxıb

"Titanik"in batmasının yeni səbəbləri ortaya çıxıb
3555 dəfə oxunub
  • A-
  • A
  • A+

İngiltərənin Sauzempton limanından ABŞ-ın Nyu-York şəhərinə doğru ilk səyahəti zamanı batan “Titanik” gəmisi haqqında ilginc informasiyalar əldə olunub.

Axşam.az-ın xarici KİV-ə istinadən məlumatına görə, gəmi hələ ilk dəfə səyahətə çıxanda batmağa məhkum olunmuşdu. Belə ki, onun Belfastdakı qalıqlarının üzərində aparılan araşdırmalardan sonra ekspertlər “Titanik”in aysberqdən deyil, daxildə yanığın olmasından və onun gəmini zəiflətməsindən batdığını iddia edirlər.

Gəmi haqqında geniş məlumatlar əldə edən Senan Maloni onun 3 səbəbdən batdığını göstərir: yanğın, aysberq və cinayət səhlənkarlığı.

Artıq çəkilişlərinə başlanılan “Titanik”: yeni sübütlar” filminin ssenarisi də bu səbəblər üzərində qurulub.

Qeyd edək ki, “Titanik” gəmisi 14 aprel 1912-ci ildə Atlantik okeanında aysberqlə toqquşaraq 2 saat 40 dəqiqə sonra batıb. Göyərtəsindəki 1 316 sərnişin və 908 heyət üzvündən yalnız 705 nəfər xilas ola bilib, 1 514 nəfər isə həlak olub.

Gəminin hazırlandığı dövrdə lüks gəmilər sırasında ilk yeri "Titanik" tuturdu. Gəmidə digər lüks gəmilərdə olduğu kimi hovuz, idman salonu, türk hamam, həm birinci həm də ikinci sinif sərnişinlər üçün kitabxana, tennis kortu vardı. Birinci sinifə məxsus otaqlarda xüsusi mebellər, bahalı divanlar və digər dekorativ əşyalar yerləşdirilmişdi. "Titanik"də bərbərxana və mərkəzi telefon stanstiyası belə fəaliyyət göstərirdi.