Zəlimxan Yaqubun ölümünün ildönümündə məzarüstü abidəsinin açılışı olacaq Zəlimxan Yaqubun ölümünün ildönümündə məzarüstü abidəsinin açılışı olacaq

 
  06.01.17   22:35                                                                                                                                         a -   A + Mədəniyyət
Xalq şairi Zəlimxan Yaqubun məzarüstü abidəsinin açılışı olacaq.
 
Axşam.az-ın məlumatına görə, bu barədə APA-ya xalq şairinin oğlu Bəhlul Yaqubov bildirib. Onun sözlərinə görə, yanvarın 9-da saat 11:00-da I Fəxri Xiyabanda Z. Yaqubun məzarı başında şairin xatirəsi anılacaq, mədəniyyət və ədəbiyyat xadimləri, ziyalılar şairin Azərbaycan ədəbiyyatının inkişafındakı xidmətlərindən danışacaq, onun Azərbaycan şeirindəki yerindən bəhs edəcəklər.
 
Xatirə tədbiri akademik Rafael Hüseynovun aparıcılığı ilə baş tutacaq. Abidənin açılışından sonra Təzəpir məscidində mərhum xalq şairi ruhuna ehsan süfrəsi açılacaq. 
 
Qeyd edək ki, dekabrın 30-da I Fəxri xiyabanda Z. Yaqubun məzarı üstündə abidəsi ucaldılıb. Abidənin müəllifi, xalq rəssamı Natiq Əliyev, memarı Tərlan Həsənovdur.
 
Z. Yaqub 2016-cı il yanvarın 9-da dünyasını dəyişib. Xalq şairi uzun müddət böyrək çatışmazlığından əziyyət çəkib. O, 1950-ci il yanvarın 21-də Bolnisi rayonunun Kəpənəkçi kəndində dünyaya gəlib. 1967-ci ildə doğulduğu kənddə orta məktəbi, 1972-ci ildə isə Azərbaycan Dövlət Universitetinin kitabxanaçılıq fakültəsini bitirib. 1995-2005-ci illərdə Milli Məclisin deputatı olub. 2008-ci il avqustun 29-da Azərbaycan aşıqlarının V qurultayında Azərbaycan Aşıqlar Birliyinin sədri seçilib.
 
 
 
 
 
Facebook   Twitter   MySpace   Google         1084 dəfə baxılıb
 
loading...
 
 

Azərbaycan filmləri Banqladeşdə Azərbaycan filmləri Banqladeşdə
...
23.01.17
Əməkdar artistlə vida mərasimi keçirilib - fotolar Əməkdar artistlə vida mərasimi keçirilib - fotolar
...
23.01.17
Hamlet Xanızadənin xatirəsi anılacaq Hamlet Xanızadənin xatirəsi anılacaq
...
23.01.17
"Almaz"ın premyerası olub - fotolar
...
23.01.17
Rus Dram Teatrının fevral repertuarı Rus Dram Teatrının fevral repertuarı
...
21.01.17
Şəfiqə Axundovanın anadan olmasından 93 il keçir Şəfiqə Axundovanın anadan olmasından 93 il keçir
...
21.01.17
Dövlət Pantomima Teatrının fevral repertuarı Dövlət Pantomima Teatrının fevral repertuarı
...
21.01.17
Kinoteatrda 20 Yanvar şəhidləri yad edildi Kinoteatrda 20 Yanvar şəhidləri yad edildi
...
19.01.17
“Əli və Nino” filminin Avropa premyerası olacaq “Əli və Nino” filminin Avropa premyerası olacaq
...
19.01.17
Bəstəkarlar İttifaqında 20 Yanvar şəhidlərinin xatirəsi yad olunub Bəstəkarlar İttifaqında 20 Yanvar şəhidlərinin xatirəsi yad olunub
...
18.01.17
Parisdə Parisdə "Cesar-2017" film festivalının təqdimatı olub - fotolar
...
18.01.17
Musiqili Teatr Fəcr Festivalında Musiqili Teatr Fəcr Festivalında
...
18.01.17
“Qayınana“ filmi ilk dəfə alman dilində “Qayınana“ filmi ilk dəfə alman dilində
...
18.01.17
Xalq artistləri bu tamaşada bir araya gələcəklər Xalq artistləri bu tamaşada bir araya gələcəklər
...
17.01.17
“Vurğuna vurğun gəlin” nümayiş olunacaq “Vurğuna vurğun gəlin” nümayiş olunacaq
...
17.01.17
 
 
 
 
Xəbər lenti