Bakıya gələn aktrisanın kişilərdə bəyəndiyi xüsusiyyət

Bakıya gələn aktrisanın kişilərdə bəyəndiyi xüsusiyyət
6422 dəfə oxunub
  • A-
  • A
  • A+

Son olaraq "Dönerse senindir" filmində oynayan aktrisa Yasemin Allen maraqlı açıqlama verib.

Axşam.az-ın Türkiyə mətbuatına istinadən məlumatına görə, o, kişilərdə ən çox bəyəndiyi xüsusiyyətdən danışıb.

"Gülməli insanları sevirəm. Kişi güldürməyi bacarmalıdır. Amma, bu, kiminləsə məzələnmək xətrinə olmamalıdır. İki əks cinsin nümayəndəsi birlikdə gülə bilirsə, bu, eşqdir", - deyə aktrisa bildirib.

Qeyd edək ki, ötən gün Yasemin "Dönerse senindir" filminin Bakıda keçirilən qala gecəsinə qatılıb. Onunla birlikdə tərəf müqabilləri Murad Boz və İrem Sak da ölkəmizə gəliblər.