Azərbaycanlı müğənni Rusiya teatrında çıxış edəcək

Azərbaycanlı müğənni Rusiya teatrında çıxış edəcək
533 dəfə oxunub
  • A-
  • A
  • A+

Martın 22-dən 26-dək Rusiya Böyük Teatrında Cüzeppe Verdinin “Don Karlos” operası nümayiş etdiriləcək.

Axşam.az-ın teatrın saytına istinadla məlumatına görə, səhnə əsərində Don Karlos obrazını martın 23-də və 25-də azərbaycanlı tenor Yusif Eyvazov canlandıracaq.

Əlcəzairdə dünyaya göz açmış Yusif Bakıda böyüyüb. O, Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasını bitirib. 1997-ci ildə İtaliyaya köçən musiqiçi Plasido Dominqo, Luçano Pavorotti, Maqda Olivero, Franko Korelli və Antonio Folyaninin ustad dərslərini dinləyib.

Y.Eyvazov dünya şöhrətli ifaçı Anna Netrebko ilə ailəlidir. Cütlük 2015-ci ilin dekabrında Vyanada ailə həyatı qurub. Bu, Annanın ikinci nikahıdır. O, bundan əvvəl Ervin Şrotla evli olub və ondan Tyaqo adlı bir oğlu var.