Ombasını böyütmək üçün 61-ci əməliyyata girir - fotolar

Ombasını böyütmək üçün 61-ci əməliyyata girir - fotolar
24275 dəfə oxunub
  • A-
  • A
  • A+

"Playboy"un keçmiş meksikalı ulduzu Sabrina Sabrok ombasını əvvəlkindən iki dəfə çox böyütmək üçün əməliyyata girəcək.

Axşam.az-ın xarici KİV-ə istinadən məlumatına görə, 60 plastik əməliyyat keçirən və bunlara bir milyon dollardan çox pul xərcləyən Sabrinanın axırıncı dəfə ombasında əməliyyat olunduqdan sonra səhhətində problemlər yaranıb. O, ombasındakı implantın ona əziyyət verdiyini və yeriməyinə mane olduğunu bildirib.

Bundan sonra aktrisanın bir daha əməliyyata girməyəcəyi söylənilsə də, o, deyilənlərin əksini edib. Hazırda 61-ci əməliyyata hazırlaşan Sabrinanın sözlərinə əsasən, o, ombasını sığortalatdırıb.

“Sonuncu əməliyyatdan sonra səhhətimdə problem yarandı. Ayağımın qanqrena olacağından qorxurdum. Məni ölümlə üz-üzə qoyan həkimi və xəstəxananı məhkəməyə verəcəyəm. Odur ki, bu dəfə ombamı sığortalatdırdım. Çünki ona kifayat qədər pul xərcləyirəm”, - deyə 39 yaşlı porno ulduzu vurğulayıb.