"İmkan verin, acı və şən günləri yaşaya bilək" - İbrahimin qızı əsəbləşdi

"İmkan verin, acı və şən günləri yaşaya bilək" - İbrahimin qızı əsəbləşdi
3770 dəfə oxunub
  • A-
  • A
  • A+

İbrahim Tatlısesin qızı Dilan Çıtak barəsində yazılan xəbərlərə kəskin reaksiya verib.

Axşam.az-ın Türkiyə mətbuatına istinadən məlumatına görə, bir müddət əvvəl müğənni Levent Dörter ilə nişanlanan Dilan iki gün öncə onlar barəsində yazılan xəbərdən sonra əsəbləşib. Belə ki, Nişantaşı istiqmətində kameralara tuş gələn cütlüyün dava etdikləri qeyd olunub.

İnstaqram səhifəsində Leventin ona üzük taxdığı fotonu paylaşan Dilan yazıb:

“Ayırdınız, barışdırdınız, dalaşdırdınız, atası istəmir dediniz ... Qısası, elə çox yalan xəbər yazdınız ki... Bizim üçün çox xüsusi və gözəl olan xatirələrimizi sevənlərimizə və ailələrimizə elə şəkildə çatdırdınız ki... Amma şükür ki, biz bu dedi-qodulara məğlub olmadıq. Xahiş edirəm, bizim münasibətimizə hörmət edəsiniz. Ailələlərimiz, sevdiklərimiz də yanımızdadırlar. İmkan verin, acı və şən günləri yaşaya bilək. Çox şükür edirəm ki, bu yazıların hamısı əsassızdır. Xahiş edirəm, hər oxuduğunuz və eşitdiyinizə inanmayın”.