Azərin Bakıya qayıdır

Azərin Bakıya qayıdır
1299 dəfə oxunub
  • A-
  • A
  • A+
Azərbaycanın əməkdar artisti Azərin Türkiyədə solo konsert proqramları ilə çıxış edib.

Axşam.az xəbər verir ki, o, əvvəlcə Antalyada, daha sonra Hatay vilayətində pərəstişkarlarını sevindirib. Sənətçi konsert proqramında diplom və mükafatlara layiq görülüb.

Qeyd edək ki, Azərin artıq vətənə qayıdır. Sənətçi bu gün Bakıda olacaq. Təxminən 10 gün burada qalacaq müğənni bu müddətdə bəzi proqramların qonağı olacaq. O, Azərbaycanın bir neçə bölgəsində də konsert verəcək.