Acı bibərin faydaları

Acı bibərin faydaları
5400 dəfə oxunub
  • A-
  • A
  • A+

Axşam.az xarici KİV-ə istinadən acı bibərin faydalarını təqdim edir:

1. Ağır başağrı zamanı acı bibər suyunu burnunuza sürtün. Bu, amerikalı alimlər tərəfindən sübuta yetirilib.

2. Acı bibər qatılmış qida uzun müddət xarab olmur və mədəyə daxil olaraq bir çox mikrobu məhv edir.

3. Kosmetika sahəsində də acı bibərdən istifadə edilir. Sellülit əleyhinə bir çox kremlərin, eyni zamanda, balzam, yağ və saç vasitələrinin tərkibində də acı bibər var..

4. Acı bibərin tərkibi B qrupu vitaminləri, mikro elementlər, efir yağları ilə zəngindir. Qırmızı bibərin tərkibində isə əlavə olaraq A və C vitaminləri də var.

5. Eyni zamanda, acı bibər 88 faiz sudan ibarətdir. 100 qram acı bibərin 44 kkal kalorisi var. Tərkibində A, C, B1, B3, B6, B9, PP, E, K vitaminləri, beta-karotin, riboflavin və xolin maddələrinə rast gəlmək mümkündür.