Arif Məlikovun “Məhəbbət əfsanəsi” baleti Böyük Teatrda

Arif Məlikovun “Məhəbbət əfsanəsi” baleti Böyük Teatrda
199 dəfə oxunub
  • A-
  • A
  • A+

Fevralın 7-dən 9-dək Rusiya Dövlət Akademik Böyük Teatrında SSRİ Xalq Artisti Arif Məlikovun “Məhəbbət əfsanəsi” üçpərdəli baleti nümayiş etdiriləcək.

Axşam.az teatrın saytına istinadla xəbər verir ki, səhnə əsərinə Rusiyanın Əməkdar Artisti Pavel Sorokin dirijorluq edəcək.

Əsərin dünya premyerası 1961-ci il martın 23-də Leninqrad Opera və Balet Teatrında (indiki Sankt-Peterburq Dövlət Akademik Mariya Teatrı) reallaşıb.