Vüqar Həşimovun ölümündən üç il keçir - fotolar

Vüqar Həşimovun ölümündən üç il keçir - fotolar
1393 dəfə oxunub
  • A-
  • A
  • A+

Gənc şahmatçı Vüqar Həşimovun ölüm tarixindən üç il keçir.

Axşam.az-ın məlumatına görə, qrossmeyster (2002), şahmat üzrə üçqat Azərbaycan çempionu (1995, 1996, 1998) beyin xərçəngindən müalicə olunduğu Almaniyanın Heydelberq klinikasında dünyasını dəyişib.

Onun ölümü nəinki Azərbaycan, hətta bütün dünya ictimaiyyətini kədərə boğub.

V.Həşimovun nişanlısı Elizabet V. son günlərinədək onun yanında olub.
 
27 yaşlı Vüqar II Fəxri Xiyabanda dəfn edilib. 24 iyul 2014-cü ildə Vüqar Həşimovun qəbirüstü abidəsinin açılış mərasimi olub. Bürüncdən olan abidənin müəllifi məşhur heykəltəraş Azad Əliyevdir.

Vüqar Həşimov FİDE-nin 2011-ci ilin mart ayına olan reytinq siyahısında Teymur Rəcəbovu bir pillə qabaqlayaraq 11-ci yerdə qərarlaşıb. 2002, 2004, 2006 və 2008-ci illərin Şahmat Olimpiadalarında Azərbaycan yığmasının tərkibində çıxış edib. Azərbaycan Şahmat Federasiyası ilə arasında yaranmış münaqişəyə görə 2010-cu il Şahmat Olimpiadasında yığma komandanın heyətinə dəvət edilməyib. 2009-cu ildə Azərbaycan yığmasının heyətində Avropa Çempionu adını qazanıb. 2011-ci ilin yanvarında 1958-ci ildən İtaliyada müntəzəm olaraq keçirilən Recco-Emiliya şahmat turnirinin qalibi olub.