Demetin boşanma məhkəməsinin vaxtı bilindi

Demetin boşanma məhkəməsinin vaxtı bilindi
2131 dəfə oxunub
  • A-
  • A
  • A+

11 illik evliliklərini bitirməyə qərar verən keçmiş model Demet Şener və keçmiş basketbolçu İbrahim Kutluayın məhkəmə tarixi bəlli olub.

Axşam.az-ın Türkiyə mətbuatına istinadən məlumatına görə, tərəflər yanvarın 27-də üz-üzə gələcəklər.

Qeyd edək ki, Demet ona xəyanət etdiyini öyrənən ərindən boşanmaq üçün məhkəməyə müraciət edərək 10 milyon lirə (təxminən 5 milyon manat) tələb etmişdi. Lakin boşanma prosesində Demet və İbrahim mülk və mal bölüşməsində razılığa gələ bilməyiblər.