"Düşmənlərim çoxdur, qorxuram" - Mehriban Xanlarova

"Düşmənlərim çoxdur, qorxuram" -  Mehriban Xanlarova
3939 dəfə oxunub
  • A-
  • A
  • A+
Əməkdar artist Mehriban Xanlarova yeni seriallara təklif alıb.

Axşam.az-a açıqlama verən aktrisa bildirib ki, yaxın günlərdə sözügedən ekran işlərinin adını açıqlayacaq:

“Bundan əvvəl Türkiyədən bir serial təklifi almışdım. Hələ qüvvədədir, danışıqlar gedir. Düşmənlərim çoxdur, qorxuram, planlarımla bağlı çox danışa bilmirəm. Həmişə deyirdim, mane olurdular, gözüm qorxub. Burdan aldığım iki serial təklifini də qəbul edəcəm".

Dünya TV-də aparıcılıq edən M.Xanlarova proqramının bağlanmasından danışıb:

"Yenidən efirə qayıtmağı düşünürəm. Amma sponsor tapmaq çətinləşib. Həm də bir az istirahət etmək istəyirəm".