Zarafat etmək istədi, polisə düşdü - foto

Zarafat etmək istədi, polisə düşdü - foto
1149 dəfə oxunub
  • A-
  • A
  • A+

Zarafat məqsədilə hazırladığı polis vəsiqəsi başına bəla açdı.

Axşam.az-ın Türkiyə mətbuatına istinadən məlumatına görə, aktyor və aparıcı Onur Yaprak zarafat məqsədilə hazırladığı saxta polis kimliyi ilə Ədliyya Nazirliyinin binasına girmək istəyərkən saxlanılıb.

Sonradan polis bölməsinə çağırılan Onur olanlara mühafizəçi qadının yanlış anlamasının səbəb olduğunu bildirib:

"Mühafizəçi xanım polis nişanımı və kimliyi görüb bunların mənə aid olub olmadığını soruşdu. "Mənimdir" dedim, amma polis olmağımla bağlı heç nə soruşmadı. Sonradan polis bölməsinə çağırıldım. Polis nişanını keçən il teatr tamamşalarımın birində adını xatırlamadığım bir polis məmuru hədiyyə etmişdi. Vəsiqəni isə özüm düzəltmişəm."

Bölmədə saxta kimliyi və polis nişanı əlindən alınan aparıcı ifadəsi alındıqdan sonra sərbəst buraxılıb.