Filmdəki kimi işgəncə verib zorladı, 23 il həbs cəzası aldı

Filmdəki kimi işgəncə verib zorladı, 23 il həbs cəzası aldı
2105 dəfə oxunub
  • A-
  • A
  • A+

İngilis repçi Kortney Haçinson rol aldığı filmdəki ssenarini gənc qadın üzərində tətbiq edib.

Axşam.az-ın xarici KİV-ə istinadən verdiyi məlumata görə, 20 yaşlı qadını zorla evinə aparan repçi 3 gün boyunca ona işgəncə ilə təcavüz edib və sonra da telefonuna çəkib. Qadın yaralı və çılpaq halda evdən qaçmağı bacarıb.

32 yaşlı manyak repçinin qurbanı olan qadın polisə verdiyi ifadəsində elektrik kabeli ilə döyüldüyünü, ütü ilə yandırıldığını və zorlandığını bildirib. Cinayət və mafiya həyatından bəhs edən "The Intent" filmində rol alan repçi bu hərəkətinə görə 23 illiyinə azadlıqdan məhrum edilib.

Hadisə mediada yayımlandıqdan sonra filmin istehsalçıları dəhşətə gəldiklərini açıqlayıblar.