Xalq artistinə qarşı petisiya yaradıldı - fotolar

Xalq artistinə qarşı petisiya yaradıldı - fotolar
5184 dəfə oxunub
  • A-
  • A
  • A+
Rusiyanın xalq artisti Alla Puqaçovaya qarşı gözlənilməz addım atılıb.

Axşam.az-ın xarici KİV-ə istinadən məlumatına görə, Puqaçovanın Yeni İl gecəsi Rusiya telekanallarında çox çıxış etməsi və ona ayrılan vaxtın çox olması bir sıra Rusiya vətəndaşlarının  ürəyincə olmayıb. Onlar növbəti Yeni İl gecəsi efirdə xalq artistinin az görünməsi üçün petisiya təşkil edib.

Petisiyanı Rostov-na-Don sakini Vadim Manukyan yazıb və artıq 100 mindən çox insan petisiyada iştirak edib. Müğənninin ünvanına saysız neqativ və təhqir dolu şərhlər yazılıb.

Miqyasın böyük olması səbəbindən Puqaçova özü də məsələyə münasibət bildirib. O, İnstaqramda həyat yoldaşı Maksim Qalkin ilə fotosunu paylaşaraq, qeyd edib:

"Hə, məni sevməyənlər dirçəlib? Bu çox gözəldir! Deməli, həyat davam edir. Mənim gücümü sevənlərimdən və dəstəkləyənlərimdən alıram. Buna bir daha əmin oldum - əsl sevgi!".

Qeyd edək ki, bir sıra mədəniyyət nümayəndələri Puqaçovanın tərəfini tutub, onu dəstəklədiklərini bildiriblər. Sənətçinin qızı, müğənni Kristina Orbakayte də anasının yanında olduğunu söyləyib.