"Riyakarlardan, nadürüstlərdən bezmişəm" - əməkdar artist

"Riyakarlardan, nadürüstlərdən bezmişəm" - əməkdar artist
2857 dəfə oxunub
  • A-
  • A
  • A+

"Belə getsə, qaçacam, mütləq qaçacam".

Axşam.az-ın məlumatına görə, bunu əməkdar artist Nicat Kazımov deyib. O, 26 illik sənətdə gördüklərindən bezdiyini bildirib:

"Dözmüşəm. Sənətdə olduğum 26 ildə çox şeyə dözmüşəm! Amma artıq bezmişəm. Riyakarlardan, ağa qara deyənlərdən, özünü hər kəsdən ağıllı sayan kütlərdən, sənətdə kar olan "sənətkarlardan", işi-gücü intriqa olan nadürüstlərdən, kimi isə yetişdirib, sonra itirməkdən, sıfırdan başlamaqdan, arxamca hürən tulalardan bezmişəm. Belə getsə, qaçacam, mütləq qaçacam!"