"Bu, Azərbaycanda sensasiya yaradacaq" - Kərim

"Bu, Azərbaycanda sensasiya yaradacaq" -  Kərim
1029 dəfə oxunub
  • A-
  • A
  • A+

Müğənni Kərim Abbasov əməkdar artist Mətanət İsgəndərli ilə oxuduğu duetinin aqibətindən danışıb.

Axşam.az-a açıqlama verən ifaçı bildirib ki, mahnı on gündən sonra dinləyicilərin ixtiyarına veriləcək.

K.Abbasov duet oxuyarkən qarşı tərəfin kaprizləri ilə qarşılaşdığını da gizlətməyib:
 
“Kaprizlər olur, amma səbr etməliyəm. Onlar bizim böyük sənətkarlarımızdır, onların kaprizinə dözməliyəm. Bu normal haldır”.

Müğənni 2017-ci ildə ancaq duetlər təqdim edəcəyini söyləyib:

“Yeni mahnılar var, içərisində duetlər daha çoxdur. Hətta bir il ancaq duetlər olacaq. Daha bir sənətkarla duet səsləndirəcəm. O insan heç kimlə birlikdə oxumayıb. Bu, Azərbaycanda sensasiya yaradacaq”.

Foto: Ramin ASLANOV