"Kara sevda" və "Poyraz Karayel" final edir? - dünənin reytinqi

"Kara sevda" və "Poyraz Karayel" final edir? - dünənin reytinqi
10772 dəfə oxunub
  • A-
  • A
  • A+
Bir həftəlik fasilədən sonra bəzi türk serialları yayımına davam edib.

Axşam.az-ın Türkiyə mətbuatına istinadən məlumatına görə, dünənin reytinqində "Kara Sevda" yenə də gözlənilmədən geriləyərək 5-ci pilləyə düşüb. Ümumi reytinqdə o, günün lideri olan "Diriliş Ertuğrul"a və "NO:309"a uduzub.

Kərəm Bürsin və Leyla Lidia Tuğutlunun yeni serialı "Bu şehir arkandan gelecek" isə ikinci seriyası ilə 8-ci yerdə qərarlaşıb.

Ötən mövsümün daha bir fenomen serialı olan "Poyraz Karayel" də gözlənilmədən 18-ci pilləyə düşüb.

Qeyd edək ki, "Kara sevda" və "Poyraz Karayel"in ötənilki uğurlarını təkrarlaya bilməmələri ucbatından onların bu mövsüm final edəcəyi deyilir.