Keçmiş sevgilisi DiKaprionu unutmayıb

Keçmiş sevgilisi DiKaprionu unutmayıb
3690 dəfə oxunub
  • A-
  • A
  • A+

Hollivud ulduzu Leonardo DiKaprionun sevgilisi Nikol Meyer "Motez" dərgisinə açıqlama verib.

Axşam.az-ın xarici mətbuata istinadən məlumatına görə, Türkiyənin İstanbul şəhərində modelliklə məşğul olan aktyorun keçmiş sevgilisi Nikol Meyer onun barəsində belə deyib:

"Leonardo ilə Parisdə gözəl günlər keçirdik. O, qadın ruhundan anlayır. Həyatımda böyük iz buraxıb".

Mətbuatın Leonardonu "Model ovçusu" adlandırmalarına isə o, belə cavab verib:

"O, "model ovçusu" deyil, sadəcə gözəl qadınlardan xoşu gəlir. Təbii ki, modellər də gözəl olur".