“Bağdad”ın ifaçısı sabah Bakıya gəlir

“Bağdad”ın ifaçısı sabah Bakıya gəlir
690 dəfə oxunub
  • A-
  • A
  • A+

Türkiyəli müğənni Ayla Çelik sabah Bakıya gələcək.

Axşam.az-ın məlumatına görə, “Bağdad” mahnısı ilə məşhurlaşan müğənni paytaxtımıza 106.3 FM-in dəvəti ilə gəlir.

Ayla Çelikin gəlişinin səbəbi “İlin mahnısı” müsabiqəsi çərçivəsində “Milli dalğa” mükafatına layiq görülməsidir.

Müğənni sabah Kazım Sübhanın verilişinə qatılacaq. Daha sonra isə şəhər gəzintisinə yollanacaq.

Qeyd edək ki, Ayla Çelik dekabrın 30-da Bakıya gələcəkdi. Hava şəraitinin pis olması ilə əlaqədar ifaçının səfəri təxirə düşmüşdü.