Ulduz aktyorlar animasiya filminə çəkiləcək

Ulduz aktyorlar animasiya filminə çəkiləcək
394 dəfə oxunub
  • A-
  • A
  • A+

"Disney"in animasiya filmi üçün Hollivudun ulduz aktyorları Vil Smit və Tom Henkslə danışıqlar aparılıb.

Axşam.az-ın xarici KİV-ə istinadən məlumatına görə, "Dumbo" animasiya filminin rejissoru Tim Börton Smit və Toma müqavilə təklif edib.

Razılaşma yaranarsa, Smit kiçik fil balası Dumbo ilə dost olan uşaqların atası rolunda çıxış edəcək. Tomun isə filmdə mənfi obrazı canlandıracağı bildirilir.