Alim Qasımov "Xarı bülbül"ü oxudu - video

Alim Qasımov "Xarı bülbül"ü oxudu -  video
662 dəfə oxunub
  • A-
  • A
  • A+

Xalq artisti Alim Qasımovun səsləndirdiyi “Xarı bülbül” mahnısına çəkilən klipin təqdimat mərasimi keçirilib.

Axşam.az-ın məlumatına görə, muğam ifaçısı mahnını Rübail Əzimovla duet şəklində səsləndirib.

Bəstəkar Üzeyir Hacıbəylinin xatirəsinə həsr olunan klipin ideya müəllifi R.Əzimovdur.

Azərbaycan Milli Konservatoriyasında çəkilmiş klipdə Elxan Cəfərovun “Qarabağdır Azərbaycan” filmindəki fraqmentlərdən istifadə olunub. Ekran işində xəyali obrazlar kimi Ü. Hacıbəylinin və Xurşud Banu Natəvanın düşmənə əsir düşməsi təsvir olunub.