Təmirə verdikləri pianodan qızıl çıxdı - foto

Təmirə verdikləri pianodan qızıl çıxdı - foto
10150 dəfə oxunub
  • A-
  • A
  • A+

İngiltərədə yeni sahiblərin təmirə göndərdiyi pianonun içərisindən xəzinə tapılıb.

Axşm.az-ın “BBC”yə istinadən məlumatına görə, hadisə Birləşmiş Krallığın Şropşir bölgəsində baş verib.

Hazırda şəhər mərkəzində qızılların xəzinə kimi qiymətləndirilib-qiymətləndirilməyəcəyinə və varisinin olub-olmadığına dair istintaq açılıb.

Araşdırma nəticəsində məlum olub ki, pianonu "Broadwood & Sons of London" istehsal edib və 1906-cı ildə Esseks bölgəsindəki bir musiqi mağazasına satıb. 1983-cü ilə qədər bu piano barədə hər hansı izə rast gəlməyən araşdırmaçılar, o tarixdə pianonu satın alan ailənin daha sonra Şropşirə gəldiyini müəyyən ediblər.

Britaniya Muzeyinin rəhbəri Peter Revill, həyatında ilk dəfə belə bir halla qarşılaşdığını və çox təəccübləndiyini deyib. Muzeyin mütəxəssislərindən biri Yan Riçardson da qızılların təxminən 100 ildir pianonun içində gizlədildiyini, onu gizlədən şəxsin isə bu sirri heç kəsə demədən həyatdan köçmüş ola biləcəyini bildirib.

İstintaq mart ayında davam edəcək və bitənə qədər qızıllar barədə heç bir məlumat verilməyəcək.

Ölkədə mövcud olan qanuna görə, tapılan o vaxt xəzinə hesab olunar ki, onun 300 illik tarixi olsun və sahibi yaxud mirasçıları bilinməsin.