Bakıda "Hennessy" ecazkarlığı - fotolar

Bakıda "Hennessy" ecazkarlığı - fotolar
4020 dəfə oxunub
  • A-
  • A
  • A+

Dekabrın 9-da "Four Seasons Baku" otelində dünyaca məşhur "Hennessy" konyakının media dequstasiyası baş tutub.

Axşam.az xəbər verir ki, dünyanın ən kübar tünd alkoqollu içkilərindən olan konyak, bizə Fransanın Şaranta vilayətində, büllür sulu çayın sahilində yerləşən eyniadlı mənzərəli və günəşli Cognac şəhərciyinin töhfəsidir.

Üzümdən hazırlanan bu təkrarsız alkoqollu içkinin istehsal tarixi Qədim Roma imperatoru Yuliy Sezarın hakimiyyət dövrünə dayanır.

Media dequstasiyasının əsas qonağı "Hennessy" Konyak Evinin brend səfiri Giyom de Gito olub. O, tədbirdə çıxış edərək, ölkənin aparıcı kütləvi informasiya vasitələrinin təmsilçilərinə konyakın istehsal tarixi, texnoloji istehsal prosesi və dad dəyərləri barədə dolğun məlumat verib.Tədbirdə həmçinin satışın təşkili üzrə regional menecer Tea Tvaradje iştirak edib. Qeyd edək ki, premium-klass "Hennessy" konyaklarının Azərbaycandakı rəsmi distribyutoru "Legion" şirkətidir.

Dequstasiyaya başlamazdan öncə qonaqlar konyak və quşüzümü, alma və digər meyvə şirələrinin əsasında hazırlanmış xüsusi kokteylləri dadaraq bu nəcib içkinin müxtəlif dad çalarlarını dəyərləndirmək şansı əldə ediblər.

Daha sonra brend səfir "Hennessy"nin tarixçəsi haqda danışıb,  regiona və həmçinin istehsal prosesinə aid olan slaydları təqdim edib və eyni zamanda "Hennessy" Dequstasiya komitəsinin işi barədə məlumat verib.

Xüsusi istehsal tarixi

Hələ qədim dövlərdən üzüm bağları Şaranta vilayətinin Konyak şəhərində və onun ətrafında  mövcud idi. Burada Avropanın ən yaxşı içkilərindən biri hazırlanırdı.

Regionun ən məşhur Konyak Evi "Hennessy"nin əsası məhz burada, hərbi kapitan Riçard Ensi tərəfindən 1765-ci ildə qoyulub. Ensi yüzilliklərə meydan oxuyan xüsusi istehsal texnologiyası qurmağa nail olmuşdu. Bu gün dünyaca məşhur konyak üçün xammal 70 min hektar sahəni əhatə edən dünyanın ən böyük üzüm bağlarından birində mülayim iqlim şəraitində hazırlanır.

İstehsal prosesi sıxılmış üzüm şirəsinin fermentasiyası ilə başlayır və daha sonra hazır şərab distillə olunur. Daha tünd içkinin alınması  üçün yenidən distillə olunur, hazır spirt ən azı iki il müddətində palıd çəlləklərdə saxlanır və sonda blendinq (spirtlərin qarışdırılması) həyata keçirilir. Konyakın növündən asılı olaraq qarışım ansamblına müxtəlif üzüm çeşidlərindən hazırlanan 40-dan 100-ə qədər unikal konyak spirti daxildir.

Məhz qarışım mütəxəssisi - Fiya ailəsinin xüsusi blendiqi "Hennessy" konyaklarına bu Konyak Evinin vizit kartı olan xüsusi dadı bəxş edir.

Elə burada, sıx yaşıl ağaclar və qədim qəsrlərin əhatəsində Hennessy sülaləsinin ailə evi yerləşir. Hazırda ailə evi turistlər və ziyarətçilər üçün qonaq evi kimi fəaliyyət göstərir.

"Hennessy" Evinin dequstasiya komissiyası Yan Fiyunun başçılığında xüsusi dequstasiya üsulları ilə konyakların keyfiyyətini təhlil edən 7 ən yaxşı ekspertlərdən ibarət xüsusi qiymətləndirmə strukturudur. 

Burada son söz "Hennessy" brendi üzrə ən azı 10 il iş təcrübəsi olan ekspertlərə məxsusdur.

Dadlar aləmində gəzinti

Media-dequstasiyası iştirakçılarına dequstasiya üçün uzun saxlanma müddəti olan üç növ "Hennessy" konyakı təqdim olunub:  V.S. (Very Special), V.S.O.P. (Very Superior Old Pale) və X.O. (Extra Old).

Ömrünün 20 ildən çoxunu "Hennessy" brendinə həsr edən brend səfir Giyom de Gito konyakın xüsusi dequstasiya üsulunu nümayiş etdirib. İlk öncə, konyak qədəhini burnunuza yaxınlaşdırıb onun xüsusi ətrini qoxlayın, daha sonra yalnız dodaqlarınızla onun dadına baxın və yalnız bundan sonra kiçik udumlarla konyakı içə bilərsiniz.

Konyakın yandıran dadı ağac notaları ilə başlayır və ahənglə qara istiot, şokolad  və quru meyvələrin dadı ilə getdikcə açılır. Quru meyvələrin dadı özünü ən çox Hennessy X.O növündə biruzə verir.

Buz ilə birgə servis edilən konyakın dequstasiyası isə sona saxlanılmışdı. Buz konyakın spesifik acılığını azaldıb xoş dadların üzə çıxmasını təmin edərək bu içki ilə ən gözəl ahəng yaradır.

Tanınan brend

Tədbirin sonunda media nümayənədləri "Hennessy" brend səfiri ilə şəxsən söhbət etmək və onları maraqlandıran sualları vermək şansı əldə etdilər. Həmçinin birgə xatirə şəkli çəkildi.

"Hennessy"  dünyanın ən qədim və ən məşhur konyak evlərindən biridir. Nəhəng Fransız şirkəti "Moet Hennessy" "Louis Vuitton"nun tərkibinə daxildir. Bu brend konyaklar dünyanın 130-dan çox ölkəsində satılır və bu gün dünyanın ən yaxşısı hesab olunur.