Tarık Akanın oğlu evləndi - fotolar

Tarık Akanın oğlu evləndi -  fotolar
5229 dəfə oxunub
  • A-
  • A
  • A+
Ötən il 66 yaşında dünyasını dəyişən aktyor Tarık Akanın oğlu Barış Üregül evlənib.

Axşam.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, Barış sənətçi Asya Enginlə ailə qurub. Toyda cütlüyün yaxınları iştirak edib. İstanbulda yerləşən restoranlardan birində baş tutan məclisə Ali Alper, Hamiyet Akpınar və Ayfer Karataş da qatılıb.

Özəl günlərində Tarık Akanın dostu Rutkay Azizin qızı Doğa Rutkay və kürəkəni Kerimcan Kamal da cütlüyü tək qoymayıb. Barış Üregül və Asya Engin toy mərasimində özəl hazırlanan gəlinlik və bəy kostyumu geyinib. Cütlük Tarık Akanın sevdiyi mahnıları birlikdə oxuyub rəqs ediblər.

Barış və Asya bal ayı üçün İtaliyaya gedəcək.