Fahriye və Enginin serialı plaqiatdırmı? - açıqlama

Fahriye və Enginin serialı plaqiatdırmı? - açıqlama
15742 dəfə oxunub
  • A-
  • A
  • A+

Engin Akyürek və Fahriye Evcenin baş rollarını ifa etdiyi "Ölene kadar" serialı ilə bağlı iddialar cavablandırılıb.

Axşam.az-ın Türkiyə mətbuatına istinadən məlumatına görə, serial ötən həftə ilk bölümü ilə ekranlara gəlib.

"Ölene kadar"ın ABŞ-ın "HBO" kanalında yayımlanan "The Night Of" mini serialının plaqiatı olduğu iddiasına ssenari müəllifi Elif Usman Ergün belə cavab verib:

"Hekayənin adı serialdakından fərqlidir. 2014-cü ilin avqustunda yazmağa başlamışdım və oğurluq deyil. Qaralamalar hələ də qalır. Ssenarini yazarkən yanımda birlikdə çalışdığım İrfan Şahin, Lale Eren və Pelin Diştaş də olub. Onlar da mənim dediyimi təsdiqləyər. Yəni, "The Night Of"u izlədikdən sonra "biz də belə bir ssenari yazaq" deyib bu yola başlamadıq".

Qeyd edək ki, bir müddət öncə serialın mövzusunun 1994-cü ildə çəkilən "Şouşenkdən qaçış" ("The Shawshank Redemption") filmindən bəhrələndiyi də iddia edilmişdi.