Müğənnidən ailəsinə 750 minlik hədiyyə

Müğənnidən ailəsinə 750 minlik hədiyyə
1300 dəfə oxunub
  • A-
  • A
  • A+

Müğənni Aleyna Tilki ailəsi üçün 750 min lirə (təxminən 375 min manat) dəyərində olan ev alıb.

Axşam.az-ın Türkiyə mətbuatına istinadən məlumatına görə, müğənni son 5 ayda qazandığı pulla ailəsinə İstanbulun Pentik bölgəsində dəniz mənzərəli lüks bir ev hədiyyə edib.

Evi anasının adına alan müğənni hər konsertdən orta hesabla 20-30 min lirə (təxminən 10-15 min manat) qazanır.

Qeyd edək ki, bir müddət öncə Bakıya gələn Aleyna  1 saatlıq çıxışına görə 50 min lirə (təxminən 25 min manat) gəlir əldə etdiyini açıqlamışdı.