Yenicə boşanan aktrisa milyarderlə eşq yaşayır - foto

Yenicə boşanan aktrisa milyarderlə eşq yaşayır - foto
4053 dəfə oxunub
  • A-
  • A
  • A+

Hollivud aktrisası Ember Herd ötən həftə aktyor Conni Deppdən rəsmi boşandıqdan sonra yeni sevgilisi ilə görüntülənib.

Axşam.az-ın xarici KİV-ə istinadən məlumatına görə, aktrisa bir neçə şirkət sahibi olan milyarder İlon Mask ilə hələ Connidən tam ayrılmamışdan münasibətdə olub. Lakin bu barədə boşandıqdan sonra açıqlama verməyi düşündüyü üçün yaxın günlərdə cütlük sevgili olduğunu rəsmi elan edəcək.

Emberə yaxın mənbənin sözlərinə görə, o, Deppdən ayrıldığı üçün çox xoşbəxtdir və hazırda Mask ilə eşq yaşadığını elan etmək üçün münasib zaman gözləyir.

Qeyd edək ki, C.Depp və E.Herd 2015-ci ilin fevralında evləniblər. 2016-cı ilin mayında isə Ember aktyoru məişət zorakılığında ittiham edərək məhkəməyə verib.

İlon isə 2010-cu ildə aktrisa Tallul Rayli ilə ailəli olub. Onlar 2012-ci ildə boşansalar da, il yarımdan sonra ikinci dəfə evləniblər. Mask 2015-ci ilin əvvəllərində boşanmaq üçün məhkəməyə ərizə verib, daha sonra onu geri götürüb. 2016-ci ilin yazında isə Rayli boşanmaq qərarına gəlib və bu dəfə cütlük rəsmi olaraq ayrılıblar.