Aparıcı əsəbiləşdi: "Bu iddia tamamilə əsassızdır"

Aparıcı əsəbiləşdi: "Bu iddia tamamilə əsassızdır"
5506 dəfə oxunub
  • A-
  • A
  • A+
Aparıcı Ece Erkenin Gülbən Ergenlə həmkarı Erhan Çelikin boşanmasına səbəb olduğu iddia edilir.

Axşam.az-ın Türkiyə mətbuatına istinadən məlumatına görə, Ece bu iddiaların yalan olduğu və Erhanla aralaında heç bir münasibətin olmadığını bildirib.

O, həmkarı ilə sevgili olmasını "Duymayan kalmasın" verilişinə zəng edərək təkzib edib:
 
"İki ildir həyatımda heç kimlə əlaqəm yoxdur. Bu iddia tamamilə əsassızdır. Mən öz ayaqları üstündə durmağı bacaran qadınam. Həyatım, işim və oğlumla məşğulam”.

Qeyd edək ki, Gülbenlə Erhan 2014-cü ildə ailə qurub, 2016-cı ildə boşanıblar.

Watch video!