Əlinin Naza verdiyi bahalı hədiyyə səs-küyə səbəb oldu - video

Əlinin Naza verdiyi bahalı hədiyyə səs-küyə səbəb oldu - video
44984 dəfə oxunub
  • A-
  • A
  • A+

“Star TV”də yayımlanan “Zuhal Topalla” izdivaç verilişində maraqlı anlar yaşanıb.

Axşam.az-ın Türkiyə mətbuatına istinadən məlumatına görə, proqrama qatılan azərbaycanlı Naz Mila hazırda sevgi münasibəti qurduğu azərbaycanlı oğlan Əli Əkbərdən aldığı hədiyyəni geri qaytarıb.

Əli Naza maşın açarı hədiyyə edib. Əvvəlcə bunu görən Mila çox sevinib və təəccüblənib. Daha sonra isə qısa zaman ərzində tanıdığı Əkbərdən qiymətli hədiyyə götürməyin düzgün olmadığını bildirib.

Verilişin digər iştirakçıları da Əlini hədiyyəsinə görə qınayıblar. Onlar 5 gün tanış olduğu qıza bu cür hədiyyənin verilməsinin yersiz olduğunu vurğulayıblar. Bəzi iştirakçılar isə maşın əvəzinə Naza qiymətli üzük verilməsini məsləhət görüblər.

Azərbaycanlı oğlan deyilənlərlə razılaşmayıb və o, bu hədiyyənin hələ Naz üçün başlanğıc olduğunu, bundan sonra daha böyük sürprizlərlə onu şoka salacağını söyləyib.

Qeyd edək ki, ötən buraxılışlarda Əli Naza boyunbağı hədiyyə verərək, onu rəqsə dəvət edib. Həmin an azərbaycanlı qızın eks sevgilisi Baha əsəbiləşərək studiyadan gedib.

Xatırladaq ki, Əli Əkbər bir vaxtlar Azərbaycanın məşhur modellik müsabiqələrində iştirak edib. O, hətta özünü aktyor kimi kiçik rollarda da sınayıb.

Məlumat üçün bildirək ki, Naz Mila evli olub və onun bir qızı var.