"İndiki gənclər kimi görüşüb, öpüşməmişik"

"İndiki gənclər kimi görüşüb, öpüşməmişik"
5202 dəfə oxunub
  • A-
  • A
  • A+

Aktirsa Cesika Bill həyat yoldaşı, müğənni Castin Timberleyk ilə tanışlıq dövründən danışıb.

Axşam.az-ın xarici KİV-ə istinadən məlumatına görə, “The Late Late Show” proqramında qonaq olan Cesika Castinlə tanışlıq anlarından danışıb.

“Biz təzə tanış olanda indiki gənclər kimi görüşüb, öpüşməmişik. Çünki Timberleyk günlərlə konsertlər verirdi və başı sənətinə qarışıq idi. Biz sadəcə mədəni insanlar kimi telefonda danışırdıq. Amma ilk görüşdən sonra bildim ki, Castin mənim arzuladığım kişidir. Hətta, bir dəfə prodüserimə məktub yazmışdım və orada qeyd etmişdim ki, mən Timberleykə ərə gedəcəm”, - deyə Casika bildirib.

Xatırladaq ki, cütlük 2012-ci ildə ailə həyatı qurub. Onların 2015-ci ildə Saylas Rendoll Timberleyk adlı oğulları dünyaya gəlib.