Türkiyənin məşhur cütlüyü 10 dəqiqədə boşandı

Türkiyənin məşhur cütlüyü 10 dəqiqədə boşandı
11761 dəfə oxunub
  • A-
  • A
  • A+

2014-cü ilin avqustunda ailə quran aktrisa Birce Akalay və aktyor Sarp Levendoğlu cütlüyü dünən rəsmən boşanıb.

Axşam.az-ın Türkiyə mətbuatına istinadən məlumatına görə, daha əvvəl iki dəfə boşanmaq qərarından son anda dönən tərəflər bu dəfə yollarını ayırıb.

Yanvarın 10-da məhkəməyə müraciət edən aktyor xanımından boşanmaq istədiyini bildirmişdi. Məhkəməyə vəkilləri ilə gələn Sarp və Bircenin məhkəməsi 10 dəqiqə çəkib və hakim onları rəsmən boşayıb.

Bir-birlərindən hər hansı maddi və mənəvi təzminat tələb etməyən ikili boşanma qərarının ardından fərqli avtomobillərlə məhkəmə binasından ayrılıblar.