"Azərbaycanda hələ heç kim bunu etməyib" - fotolar

"Azərbaycanda hələ heç kim bunu etməyib" -  fotolar
2061 dəfə oxunub
  • A-
  • A
  • A+

“Saçlarım” adlı yeni mahnı hazırlayıram. Uzun müddətdir üzərində çalışıram, amma hələ hazır edə bilməmişəm. Hər dəfə qulaq asanda nəsə dəyişiklik edirəm”.

Bu sözləri Axşam.az-a açıqlamasında Müğənni-bəstəkar Murad Arif deyib. Tədbirlərin birində fotokameramız qarşısına keçən ifaçı 2017-ci ildəki planlarından danışıb.

O bildirib ki, bu il xalq artisti Flora Kərimova ilə duet oxuyacaq:

“Yeni mahnımın aranjimanını Coşqun Dadaşov, studiya işlərini İsmayıl Əsədov və Ramin Vəlibəyli edib. Sözləri və musiqisi özümə aiddir. Disko janrındadır. Azərbaycanda heç kim bu janrda mahnı hazırlamayıb. Çünki bu janrda olan hər mahnı tutmur. İlk olaraq özümü istəyirəm bununla sınayım. İnamım və ümidim çoxdur. Əfsanəvi Flora Kərimova ilə duetə və bu yeni mahnıya klip çəkdirəcəm. maya qədər bu planlıarımı gerçəkləşdirməyi düşünürəm”.

M.Arif "Şou-biznesdə küsülü olduğunuz tanınmış var" sualına belə cavab verib:

"Şou-biznesdə əhəmiyyət verdiyim adamlar yoxdur ki, ondan küsüm. Yalnız dostlarım var, onlar da ətrafımdadırlar. Müğənnilərlə məclisdən məclisə qarşılaşıram. Təkliyi xoşlayıram. Ona görə də sənətçilər çox olan yerdə az görünürəm. Hətta görəndə hardasa çox tanınmış var oradan qaçıram".