“Vurğuna vurğun gəlin” nümayiş olunacaq

“Vurğuna vurğun gəlin” nümayiş olunacaq
236 dəfə oxunub
  • A-
  • A
  • A+
Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrında növbəti tamaşanın hazırlıqlarına start verilib.

Axşam.az-ın məlumatına görə, yeni tamaşa  teatrın aktrisası, əməkdar artist Lətifə Əliyevanın 70 illik yubileyi münasibətilə hazırlanır.
 
Səməd Vurğun mükafatı laureatı Zaməddin Ziyadoğlunun görkəmli Azərbaycan şairi Səməd Vurğunun xatirəsinə həsr etdiyi “Vurğuna vurğun gəlin” pyesi əsasında hazırlanan eyniadlı tamaşanın quruluşçu rejissoru Gülnar Hacıyevadır.
 
Yeni səhnə əsəri yaxın günlərdə teatrın kiçik səhnəsində nümayiş etdiriləcək.