Toyundan sonra çəkilmiş intim görüntüləri yayıldı - fotolar

Toyundan sonra çəkilmiş intim görüntüləri yayıldı - fotolar
47285 dəfə oxunub
  • A-
  • A
  • A+

Hindistanın dünyaca məşhur boksçusu Amir Xanın seks kaseti yayılıb.

Axşam.az-ın xarici KİV-ə istinadən məlumatına görə, Xanın amerikalı bir modellə internet üzərindən virtual intim söhbəti və görüntüləri qalmaqala səbəb olub. Görüntülərin Amirin xanımı Faryal Maxdumla toyundan bir müddət sonra çəkildiyi iddia edilir. İdmançının həmin modellə üç ildir sevgili olduğu məlum olub.

Amir Xanın internet fenomeni olan həyat yoldaşı Faryal isə bu görüntülər haqda "İyrənc" ifadəsini işlədib. Onların evliliyinin bu hadisə ilə sarsılacağı gözlənilir.

Qeyd edək ki, keçən il kiçik qızlarına keçirdikləri dəbdəbəli ad günü partisi ilə gündəmə gələn cütlük 2013-cü ildə evlənib. Hazırda 25 yaşı olan Faryal bundan sonra idman və moda dünyasının diqqətini çəkərək məşhurlaşıb.